Neftin qiyməti 4 faizdən çox bahalaşıb

  • By admin
  • 21 Noyabr 2016 22:35

c7c97a87-3250-4f72-abc7-a0a8139d6d94_292

 

Neftin dünya qiymətləri bazar ertəsi OPEK-ə daxil olan və olmayan ölkələrin “qara qızıl”ın hasilatının məhdudlaşdırılması üzrə sazişi imzalamağa yaxın olmalarına dair ehtimallar fonunda 4 faizdən çox bahalaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə saat 21.16-ya olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan “Brent” markalı neftin yanvar fyuçersləri 4,12% artaraq bir barelə görə 48,79 dollara çatıb. WTI makarlı neftin yanvar fyuçersləri isə 4,03% bahalaşıb və bir barel üçün 48,23 dollar təşkil edib.

 

Gununsesi.info