Neftin qiyməti 70 dollardan aşağı düşdü

  • Müəllif: admin
  • 09 Yanvar 2018 09:54

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,06 dollar və yaxud 0,09% azalıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 69,86 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info