Nehrəmdə məktəb uçdu- 3 NƏFƏR HƏLAK OLDU

  • By admin
  • 31 Mart 2022 17:03

Baş Prokurorluğun Mətbuat Xidməti Naxçıvan MR -nın Nehrəm kəndində məktəbin uçması və bir neçə nəfərin xəsarət alması barədə açəqlama yayıb. Gununsesi.info-ya göndərilən açıqlamada deyilir: Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.Hazırda Babək rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir. Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir.Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur.

Gununsesi.info