PSJ-nin braziliyalı futbolçusu Neymar müasir dövrün ən güclü beş futbolçusunun adını açıqlayıb.
Gununsesiaz.info bildirir ki, bu barədə AS nəşri məlumat yayıb.
“Ən yaxşılar Messi, Luis Suarez, Eden Azar, Mbappe və Poqbadır. Bir çox futbolçu ilə bir komandada oynamaq istərdim. Məsələn, Romario, Ronaldo (braziliyalı), Zidan və İbrahimoviç”, – deyə Neymar bildirib.
Braziliyalı futbolçunun “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun adını çəkməməsi diqqət çəkib.
Gununsesiaz.info










