“NİDA”çıya hökm oxundu - 5 İL 6 AY

  • By admin
  • 16 Yanvar 2017 13:30

elgiz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E. Qəhrəman son söz deyib. O, günahsız olduğunu bildirib.

Sonra hökm oxunub. Hökmə əsasən, E. Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E. Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.

Gununsesi.info