
Millət vəkili Sədaqət Vəliyeva üzvü olduğu parlamentin Ailə, qadın və uşaq komitəsinin yanvarın 25-də keçirilən iclasında nikah müqaviləsi məsələsini qaldırıb.
Gununsesi.info-nun xəbərinə görə, millət vəkili deyib ki, bu məsələdə ciddi problemlər var.
Deputat hesab edir ki, Ailə Məcəlləsində nikah müqaviləsi məsələsi öz əksini tapmalı və bu məsələdə könüllülük yox, məcburilik tətbiq edilməlidir:
“Çünki qeyd etdiyim kimi, nikah müqaviləsi və bu məsələdə məcburilik olmadğı üçün ailələr dağlıdıqdan sonra ciddi problemlər yaranır. Nikah müqailəsi olmadığı üçün xüsusilə, boşanan qadınlar çox əziyyət çəkməli olurlar. Çox zaman onlara heç nə düşmür. Uşaq və ya uşaqlar da da ortada qalır. Qadın da bəzən ayrı ərə gedir və doğulan uşaq və ya uşaqların taleyi, aqibəti acınacaqlı duruma düşür. Ona görə də nikah müqaviləsi məsələsində konkret addımlar atılmalı, məcburilik tətbiq olunmalıdır”.
Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da qaldırlan problemin əsaslı olduğunu və onun həllinin tapmasının vacibliyini söyləyib.
H.NİHAT
Gununsesi.info












