Nizami Kino Mərkəzində Milli Kino  günü qeyd edilib

  • By admin
  • 03 Avqust 2016 00:15

nizami

 

Nizami Kino Mərkəzində Milli Kino  günü qeyd edilib.

Gununsesi.info xəbər verir ki, 2 avqust Milli Kino Günü münasibətilə təntənəli tədbir keçirilib. Mərasimdə 118- ci ilini qeyd edən Azərbaycan kinosunun tarixinə qısa nəzər salınıb.Gecədə dörd gənc rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı qısametrajlı filmlərdən ibarət “40-cı paraleldə” kinoalmanaxının təqdimatı olub. Nümayişdən əvvəl filmlərin yaradıcı heyətləri səhnəyə dəvət olunublar.

Gununsesi.info