Nobel mükafatlı qadınlar

  • Müəllif: admin
  • 07 Mart 2017 13:56

unnamed (1)

Dünyanın ən prestijli mükafatlarından hesab edilən və 1901-ci ildən etibarən keçirilən Nobel mükafatlarına indiyədək 48 qadın layiq görülüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nobel mükafatı 116 ildir ki, İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən bir çox insanlara və ya təşkilatlara, eləcə də fizika, kimya, ədəbiyyat, iqtisadiyyat, sülh, fiziologiya və tibb sahələrində fövqəladə uğur əldə edən şəxslərə verilir.

Belə ki, bu günədək Nobel mükafatına 822 kişi, 48 qadın isə layiq görülüb.

Qeyd edək ki, bu sahədə kişilər qadınları üstələyib.

Qadınlar isə ən çox sülh və ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüblər. Belə ki, qadınlar 16 sülh, 14 ədəbiyyat, 12 fiziologiya və tibb, 4 kimya, 2 fizika və 1isə iqtisadiyyat sahəsi üzrə mükafat alıblar.

Nobel mükafatını ilk alan qadın isə Mari Küri olub. O, 1903 fizika, 1911-ci ildə isə kimya sahəsində mükafata layiq görülüb. Həm də M. Küri Radyologiya elminin yaradıcı kimi də iki dəfə Nobel mükafatı alan tək qadın olaraq tanınır.

Eyni zamanda uranla apardığı təcrübələr nəticəsində, o, radyoaktiviteyi də kəşf edib.

Nobel Sülh Mükafatını qazanan ən gənc insan olaraq tarixə keçən isə pakistanlı Malala Yusufzay olub. O, bu mükafata 2014-cü ildə 17 yaşında layiq görülüb. M. Yusufzay qazandığı 8 milyon İsveç kronunu Pakistandakı məktəblərə bağışlayacağını açıqlayıb.

Ərəb dünyasında Nobel Sülh mükafatı qazanan ilk qadın isə Təvəkkül Karman olub. Məhz, T. Karman qadınların sülhpərvərlik prosesində iştirakına yardım göstərdiyinə, həmçinin onların təhlükəsizliyi uğrunda fəaliyyətinə görə, Sülh mükafatına layiq görülüb.

Nobel sülh mükafatı Liberianın prezidenti Elen Conson-Serlif, onun həmvətəni Leyma Qbovedə verilib.
1909-cu ildə Selma Laqerlef ədəbiyyat sahəsində mükafat alan ilk qadın və ilk İsveçli yazıçı olub. S. Laqerlef əfsanə və nağıllar yazan yazıçı kimi tanınır.

Fizyoloji və ya tibb sahəsindəki ilk mükafatı 1947-ci ildə biokimyəgər Gerti Tereza Kori alıb. Məhz, Gerti Tereza Kori karbohidrat metabolizmasının və biokimyəvi enerji proseslərinin açıqlanmasına işıq tutan işləri səbəbiylə bu mükafata layiq görülüb. Gerti Tereza Kori mükafatı yoldaşı Karl Ferdinand Kori və argentinalı fizioloq Bernardo Hsay ilə birlikdə paylaşıb.

Afrikada isə Sülh mükafatını alan ilk qadın Vanqari Maatai olub. V. Maatai 2004-ci ildə davamlı inkişaf, demokratiya və sülhə verdiyi töhfələrinə görə mükafata layiq görülüb.

Fransız Fransuaza Barre-Sinussi də 2008-ci ildə HIV kəşfləri səbəbiylə fiziologiya və tibb ödülünə layiq görülüb.

Anar
Gununsesi.info