Norveçdə karantin şərtləri yumşaldıldı: uşaq bağçaları fəaliyyətini bərpa etdi

  • By admin
  • 20 Aprel 2020 10:12

Norveç hökuməti COVID-19 pandemiyası ilə əlaqədar bağlanan uşaq bağçalarının fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib.

TASS agentliyi xəbər verir ki, bu barədə Norveç Teleqraf Bürosu məlumat yayıb.

Norveçdə uşaq bağçaları 12 martdan fəaliyyətini dayandırıb.

Mənbə bildirir ki, qərara rəğmən, valideynlərin əksəriyyəti övladlarını uşaq bağçalarına göndərməyə ehtiyat edir.

Rəsmilər bu gündən etibarən bağ evlərinə getmək qadağasını da ləğv edib.

Qeyd edək ki, Norveçdə 7 078 nəfərdə koronavirus aşkar edilib, 165 şəxs virusun qurbanı olub.

Gununsesi.org