“O abidə və yer Müşfiqin adına layiq deyildi” – MİLLƏT VƏKİLİ

  • Müəllif: admin
  • 28 Fevral 2017 16:16

fazil 

“Zorgenin abidəsi olan yerdə Müşviqin heykəlini ucaltmaq lazımdır”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda müllət vəkili Fazil Mustafa  M.Müşviqin heykəlinin götürülməsinə sosial şəbəkədəki səhifəsində  münasibət bildirərkən belə yazıb:

“Azərbaycan cəmiyyətində və insanların qəlbində Müşviqin xatirəsinə həssas münasibət var. Onun büstü olan yerdə yol infrastruktunda dəyişirilik olduğu üçün abidənin götürülməsini məqsədə uyğun hesab edirəm. Çünki xalqın sevimlisi olan Müşviqin abidəsinə elə bir yerin seçilməsi və qəbirüstü abidəyə bənzəyən heykəlin özü Müşviqin adına və ruhuna edilmiş ən böyük hörmətsizlik idi. Sovet kəşfiyyatçısı Fridrix Zorgenin Azərbaycan üçün yeğanə dəyəri onun təsadüfən Bakıda doğulması olub və abidəsini gətirib belə bir yerdə qoyulması düzgün deyildi. Elə Zorgenin abidəsi olan yerdə Müşviqin heykəlini ucaltmaq daha düzgün olardı. Ümumiyyətlə Azərbaycan cəmiyyətində qəribə olan budur ki, Bakını erməni qırğınından xilas edən, işğaldan azad edən Nuru Paşaya heykəl qoyulmamasını bir vəfasızlıq kimi qiymətləndirmirik, amma müəyyən şəxslərin abidəsinin qoyulmamasına etiraz və narazıçılıq ifadə edirik. O abidə və yer Müşfiqin adına layiq deyildi. Onun yerinin dəyişdirilib mərkəzi parkların birində Müşviqin adına layiq görkəmli bir abidənin ucaldılması üçün bu yol infrastrukturunun dəyişdirilməsi yəqin ki, onun xatirəsini əziz tutmaq üçün yeni imkan yaradıb. Onun xatirəsinə hörmətsizlik edilməsi barədə olan söhbətlər özünü doğrultmur. Mən təklif edərdim ki, elə Zorgenin heykəli olan yerdə Müşviqin abidəsi uçaldılsın.”

mikayil-abide

Gülnaz Qənbərli

Gununsesi.info