Obama Klintona səsləndi: - "Bil gəl, səni evə aparım" (VİDEO)

  • Müəllif: admin
  • 01 Oktyabr 2016 12:57

obama

İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasimindən qayıdan Amerika lideri Barak Obama onunla eyni təyyarədə ölkəsinə qayıdan sabiq prezident Bill Klintonu tələsdirmək məcburiyyətində qalıb.

Gununsesi.info xarci KİV-ə istinadən xəbər verir ki, Mettyu MakDermott adlı istifadəçi tərəfindən internetdə yayılan videokadrlardan görünür ki, Obama gülümsəyərək Klintonu yanına çağırıb və təyyarənin göyərtəsinə dəvət edərək “Gedək” deyib.

Sabiq prezidentin reaksiya vermədiyini görən Obama, trapa çıxaraq “Bill, gəl səni evə aparım” -deyə söyləyib.

Xatırladaq Şimon Peres sentaybrın 30-da Qüdsdə dəfn edilib.

https://www.youtube.com/watch?v=WtkoukNA7AA

 

Gununsesi.info