Obama Suriya ordusunun bombalanması planını nəzərdən keçirəcək

  • By admin
  • 13 Oktyabr 2016 22:03

obama1

 

ABŞ prezidenti Barak Obama Suriyadakı münaqişənin nizamlanmasına dair  addımların mümkün variantlarını müzakirə etmək üçün oktyabrın 14-də xarici siyasət üzrə müşavirləri ilə iclas keçirəcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Röyters”ə amerikalı məmurlar bildiriblər.

Mənbələrin məlumatına görə, variantlardan biri ABŞ Hərbi-Hava Qüvvələrinin Suriya ordusunun bazaları, silah-sursat anbarları və radiolokasiya stansiyalarına zərbələrin endirilməsini nəzərdə tutur. Bununla belə, mənbələr Obamanın bu planı dəstəkləyəcəyinə şübhə ilə yanaşırlar.

“Röyters”in məlumatına görə, Ağ Ev bu məlumatı şərh etməkdən imtina edib.

 

Gununsesi.info