Ofisdən 20 min manat pul oğurladılar

  • Müəllif: admin
  • 14 Sentyabr 2019 12:43

Bakıda komendantın ofisindən 20 min manat oğurlayıblar.

Gununsesi.org xəbər verir ki, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, bina 17-də komendant olan Şahlar Qurbanov ofisində oğurluq hadisəsi baş verdiyi üçün polisə müraciət edib. O bildirib ki, işlədiyi binadakı otağından 20 min manat oğurlanıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.org