Oğlan sinif yoldaşının güllələdi

  • Müəllif: admin
  • 05 May 2017 12:44

qatil-gend

Türkiyənin Bursa şəhərinin Osmanqazi mahalında yerləşən liseydə silahlı insident baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında Osmanqazi mahalının Hürriyət məhəlləsində fəaliyyət göstərən Hürriyət Anadolu liseyinin 10-cu sinif şağirdi Həsən C. üstündə gətirdiyi silahla sinif yoldaşı 16 yaşlı Nilüfer Acarı digər şağirdlərin gözü qarşısında atəş açaraq qətlə yetirib.

Belə ki, Həsən N. Acarı öldürdükdən sonra silahı başına dayaraq intihara cəhd edib.

Hadisə ilə bağlı liseyin müəllimləri “112” Təcili Xidmət Mərkəzinə məlumat veriblər. Mərkəzin əməkdaşları dərhal hadisə yerinə gələrək müayinələr apararaq N. Acarın öldüyünü təyin ediblər. Ağır yaralanan Həsən isə Çəkirgə Dövlət Xəstəxanasına yerləşdirlib.

Liseydə təhsil alan digər şagirdlər isə evə buraxılıblar. Hazırda Bursa şəhər polisi faktla bağlı araşdırma aparır.

Aparılan araşdırmalardan sonra məlum olub ki, oğlan sinifə hücum etməzdən əvvəl “Whatsapp” sosial şəbəkəsindəki sinif yoldaşlarından ibarət qrupa “Nilüferi öldürməyə gəlirəm”-deyə yazıb.

Anar
Gununsesi.info