“Oğrular niyə çörəyin qədrini siyasilərdən daha yaxşı bilirlər…” - Arifoğlu "atmaca" atdı

  • By admin
  • 04 Avqust 2016 17:57

rauf-2

 

“İki dəfə həbs olundum, qapalı və açıq tipli 3 həbsxana gördüm. İki sinifdən “Xlebnik”lərim oldu! Siyasətçilərdən və “Oğru Dünyası”ndan. Allahın yazısıdır, edəcək bir şey yoxdur. Bir jurnalist olaraq, 13-cü zonda “Bratva” ilə keçirdiyim günlər ömrə bədəldir. O günlərə dair gündəlik janrında kitabım da var…”

Gununsesi.info xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu öz son statusunda yazıb.

“Bilənlər bilir, “Oğru Dünyası” üçün “Xlebnik” demək, müqəddəs , toxunulmaz, doğmaların qədər yaxın və unudulmaz, uğrunda ölünəcək adam deməkdir. Bu prinsipi pozub, “Xlebnik”inə qarşı getmək, onu ayağa vermək və onunla bağlı hansısa neqativ fikirləri ictimailəşdirmək, başqasına qeybət etmək xüsusi hadisə – “zapadlo” sayılır və bunun üçün fövqəladə müzakirələr qurulur”- deyə, qeyd edən baş yazarın yazdığına görə, haqlı olduğunu sübuta yetirə bilməyən tərəfə amansız cəzalar verilir, gözdən salınır, bəzən bütöv zonda ona salam belə verilmir:

“Siyasətdən olan “Xlebniklərim”dən “Oğru Dünyası”nda “zapadlo” kimi qiymətləndiriləcək addım atanlar oldu… Yerdə qalanlara çox şükür. Amma mən onların hamısı üçün sonuna qədər mücadilə etdim, edirəm; haqsız olanda da ayağa vermədim, vermirəm…

Bəzən deyirlər, filan məsələni niyə əvvəldən demirdin, yazmırdın… Çünki qarşımdakı bir “Xlebnik” – 7.5 kvadratmetrlik kamerada 107 gün çörək və taleyimi paylaşdığım biri olub. Mən o günləri unudammıram….

Derim ki, heç olmasa, çörək məsələsində siyasətçilər də “Oğrular” kimi olsun. Başqa məsələlərdə, haşa…”

 

rauf-1

 

Gununsesi.info