Oğul atasının evini qarət edib

  • Müəllif: admin
  • 06 Aprel 2018 13:20

Bir neçə gün əvvəl Bərdə Rayon Polis İdarəsinə oğurluq haqqında şikayət daxil olub.

Gununsesi.info xəbər verir ki, Bərdə rayon Polis İdarəsindən oxu.az-a bildirilib ki, faktla bağlı təxirəsalınmaz operativ axtarış tədbirləri görülüb.

Araşdırma zamanı məlum olub ki, Əli Əliyevin (ad və soyad şərtidir – red.) mənzilindən dörd min manatdan çox pul oğurlanıb.

Oğrunun mənzil sahibinin oğlu olduğu aşkar edilib.

Daxili İşlər Nazirliyi oxu.az-a xəbəri təsdiqləyib və əlavə edib ki, şübhəli şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info