Oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

  • By admin
  • 30 Dekabr 2016 15:16

qandal-qolda

Oğurluq etməkdə şübhəli bilinənTovuz rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.

Anar
Gununsesi.info