
Lənkəran şəhəri ərazisindəki MMC-lərdən birindən 74 ədəd dəmir dirək oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 12-də şəhər ərazisindəki MMC-lərdən birindən 74 ədəd dəmir dirək oğurlamaqda şübhəli bilinən Girdəni kənd sakini Samir Şəfiyev tutulub.
Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 26-da rayon ərazisindəki evlərdən birindən 2000 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Nurani Şükürzadə tutulub.
Anar
Gununsesi.info











