Oktyabr ayının hava proqnozu açıqlanıb - Normadan çox yağıntı olacaq

  • By admin
  • 30 Sentyabr 2016 11:57

hava-10

Azərbaycanda oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarınıniqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16, gündüzlər 18-23 dərəcə isti,bəzi günlərdə 25-27dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma17-23 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16 dərəcəisti (gecələr 6-11, ayın ikinci yarısında 1-3, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 19-32 mm) olacağıgözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında isə orta aylıq temperaturun7-12 dərəcəisti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-23dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 34-48mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə26dərəcəyədəkisti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 30-61 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 9-14 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 33-126 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr12-17, bəzi günlərdə 6-9, gündüzlər 19-24, bəzi günlərdə25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-51 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun11-16 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 6-8, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti)olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 96-274 mm) olacağı gözlənilir.

Gununsesi.info