
Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko 23-26 iyun tarixlərində Portuqaliyada keçirilmiş “Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunda sevimli aləti olan paralel qollarda qızıl medala layiq görülüb.
Gununsesi.info xəbər verir ki, o bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal toplayıb.
Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərib.
Oleq ilə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutub.(Trend.az)