Terror nəticəsində ölənlərin sayı 41nəfərə çatdı - YENİLƏNİB

  • By admin
  • 29 İyun 2016 14:29

teror

 

Ölənlərin 10 nəfəri xarici ölkə vətəndaşıdır. İstambulda Atatürk hava limanında terror hadisəsində ölənlərin sayı 41-ə çatdı. Gununsesi.info “haberturk”a istinadən xəbər verir ki, bu barədə İstambul valiliyindən məlumat verilib. Məlumatda bildirilir ki, terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb və artıq ölənlərin 37 nəfərinin kimliyi bəlli olub. Ölənlərin 10 nəfəri xarici ölkə vətəndaşı, 3-nün isə ikili vətəndaşlığı olan insanlardır. Valilikdən bildirilib ki, həyatını itirən insanlardan 19 nəfəri yaxınlarına təhvil verilib. Hazırda 239 xəstə var ki, 109 evlərinə buraxılıb, 130 kişi isə müalicə olunurlar.