
Bu gün- “Rio-2016” Yay Olimpiya Oyunlarının sonuncu-yekun günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda yarışacaq.
Gununsesi.info xəbər verir ki, sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumovun (97 kq) eləcə də kişilərin marafon yarışlarında iştirak edəcək Kiplaqat Barkovetin mükafatlar uğrundakı mübarizəsi başladığı gün də sona çatacaq.
Boksçumuz Lorenzo Sotomayor (64 kq) isə final görüşündə qızıl medalı qazanmağa çalışacaq.
Gununsesi.info









