
2018-ci ilin yanvar-fevral aylarında xam neft ixracı Azərbaycanın ümumi ixracının 82,67 faizini, təbii qaz 1,33 faizini, neft məhsulları isə 4,84 faizini təşkil edib.
Gununsesi.info bunu Dövlət Gömrük Komitəsinə(DGK) istinadən xəbər verir.
Cari ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Yanvar-fevral aylarında ixrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min ABŞ dolları olub. Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında ölkədən ixracın dəyəri isə 46 milyon 331 min dollar təşkil edib ki, .
Beləliklə də, bu ilin ötən iki ayında Azərbaycandan ixrac edilən neft məhsullarının ixrac dəyəri 107 milyon dollar olub ki, bu da eyni dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.
Qeyri-neft məhsullarına gəlincə, meyvə-tərəvəzin ümumi ixracdakı payı 2.6 faiz təşkil edib. İki ay ərzində bu məhsulun ixracından 58.4 milyon dollar əldə edilib.
Pambıq lifi və pambıq iplik ixracı isə cəmi 13 milyon dollar olub. Bu da ümumi ixracdakı payə 0.60 faiz təşkil edir.
Qeyd edək ki, yanvar-fevral ayında ölkənin xarici ticarət dövriyyəsi 3 milyard 661 milyon dollar olub.
Vüsalə
Gununsesi.info











