Ölkəmizdəki iranlılar da səsvermədə aktiv iştirak edirlər

  • Müəllif: admin
  • 19 May 2017 10:30

iran-bayragi

Azərbaycandakı İran vətəndaşları da seçkilərdə aktiv iştirak edirlər.

Bunu Gununsesi.info-ya açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaşayan, turist və ya başqa səbəblərdən Azərbaycanda olan İran vətəndaşlarına seçkidə iştirak hüququnu təmin etmək üçün Bakı və Naxçıvanda seçki məntəqələri yaradılıb.

Artıq səfər saat 8.00-dan etibarən seçicilər Bakıda səfirlikdə, Naxçıvanda isə İran konsulluğunun binasında təşkil edilən seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

Səfirliyin təmsilçisi bildirib ki, axşam saat 20.00-dək 2 minədək Azərbaycanda olan İran vətəndaşının səsvermədə iştirak edəcəyi gözlənilir.

Mürtəza

Gununsesi.info