Parlament yeni baş naziri seçdi

  • By admin
  • 20 Aprel 2018 16:42

Qırğızstan parlamenti ölkəyə yeni baş nazir seçib.

Gununsesi.info kg.24-ə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında prezident administrasiyasının rəhbəri Myxammedkalıy Abılqaziyevi ölkənin yeni baş nazirini seçib. Parlament eyni zamanda hğkumtəin yeni tərkibini təsdiqləyib.

Aprelin 19-da Qırğızstan parlamenti Sapar İsakovun rəhbərlik etdiyi koalisiyaya etimadsızlıq göstərib. Parlamentin hökumətə göstərdiyi etimadsızlıqdan dərhal sonra ölkə başçısı  Sooronboy Jeenbekov hökuməti istefaya göndərib. Bunun ardınca hakim parlament koalisiyası  baş nazir postuna M. Abılqaziyevin namizədliyini irəli sürüb.

Gununsesi.info