Ölkəyə idxal olunan gündəlik tələbat malların ƏDV-i azaldılmalıdır - DEPUTAT

  • By admin
  • 30 Sentyabr 2016 16:30
vahid
Ölkəyə idxal olunan gündəlik tələbat mallarına Əlavə Dəyər Vergisini  azaldılamalıdır.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Vahid Əhmədov Vergi Məcəlləsinə dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyinə təklif etmişik ki, diferensiallaşmış əLAVƏ Dəyər Vergisinin tətəbiqinə keçsin. “Daha ucdantutma ölkəyə idaxal edilən mallara  18 faiz ƏDV tətəbiq edilməsi düz deyil.
Elə məhsul var ki, insana o 10 ildən bir lazımdır. Amam elə məhsul var ki, gündəlik tələbat  var.. Bundan əlavə olaraq  idxal olunan avtomobilə, mebelə də 18 faiz ƏDV tətbiq edilir. Bu düz yanaşma deyil. Bununla bağlı Vergilər Nazirliyinə təklif vermişik və onlar da bizim təkliflə razıdır. Ancaq  hələlik bununla bağlı Milli Məclisə hər hansı sənəd daxil olmayıb. Odur ki, parlament rəhbərliyi bununla bağlı maraq göstərsə yaxşı olardı”- deyə, millət vəkili əlavə edib.
V. Əhmədov onu da əlavə etdi ki,  o məhsullar insanalra 10 və ya 20 ildə bir dəfə lazım olur, o məhsullara lap 30-35 faiz ƏDV tətəbiq etmək olar: “Ancaq o məhsulları gündəlik tələbat mallarıdır, onalra 3-5 faiz həcmində  ƏDV tətəbiq edilsə yaxşı olar”.
Milli Məclis sədri Oqtay Əsədov da millət vəkilinin təklifini dəstəklədi.
Mürtəza
Gununsesi.info