Olland Əliyevə “fəal dəstək verəcəyik” dedi

  • By admin
  • 09 İyul 2016 19:58

prez-1

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan  münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb, münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Gununsesi.info