Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

  • By admin
  • 22 Sentyabr 2017 10:12

ombudsman_984

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə və tədris müəssisələri ilə əməkdaşlığa diqqət yetirir.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə də səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Bu qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid RumzadəƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Məhkəmə Ekspertizası Mərkəzinəqəbul olunmuş şəxslər üçün adı çəkilən Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda mühazirə oxumuşdur. O, respublikamızda həyata keçirilən hüquqi islahatlar,qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsman təsisatının  effektiv hüquqi mexanizm kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Müvəkkilin nümayəndəsi BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevinmüvafiq Sərəncamı ilə OmbudsmanınMilli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar mili və xarici ölkə təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.

Habelə mühazirədə 10 fevral 2017-ci il tarixdə dövlət başçısı tərəfindən imzalanmış məlum Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanıb,sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları canlı diskussiya şəraitində əsas müzakirə mövzularından olub.

Dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi və MPM qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında məhkumlarla rəftar məsələləri və saxlanma şəraiti, onlara ünvanlanan islah modelləri haqqında geniş məlumat verilmiş, habelə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəaları tədris olunub.

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində gördüyü işlər müdavimlər tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılıb.

Gülnaz Qənbərli

Gununsesi.info