Onu yaxşı tanıyın! - "TƏRTƏR İŞGƏNCƏLƏRİ"NDƏ ADI KEÇƏN POLAD ƏZİZOV AXTARIŞA VERİLDİ

  • By admin
  • 19 Aprel 2022 18:04

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub. Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub.

Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat bölümündə olub.

2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işgəncə verməkdə şübhəli bilinərək həbs edilib. Sonradan sərbəst buraxılan P.Əzizov istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Gülnar

Gununsesi.info