ABŞ-da yaşayan azərbaycanlı alim vəfat edib

  • By admin
  • 19 Aprel 2022 17:46

Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.

Bu barədə Gununsesi.info -ya AMEA-dan məlumat verilib.

Bildirilib ki, H.Muradov 29 oktyabr 1958-ci ild Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib.

Həkim SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb. Fototransduksiya kaskadı zülallarının ilkin quruluşunun müəyyən edilməsi bölməsində fəaliyyətə başlayan Həkim qısa müddət ərzində 100-dən artıq əməkdaşı olan laboratoriyada bacarığı və zəhmətkeşliyi ilə özünü tanıdıb, hamının sevimlisinə çevrilib.