“Onun öldürülməsi ilə bağlı heç bir sübut yoxdur” - Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri

  • By admin
  • 03 Noyabr 2019 14:08
ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin Suriyanın İdlib şəhərində həyata keçirilən gecə əməliyyatında öldürülməsi ilə bağlı açıqlamasının ardından, qruplaşma liderinin aqibətinə dair mübahisələr səngimək bilmir.
Gununsesi.org “Star”a istinadən xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İŞİD lideri Bağdadinin öldürülməsinə dair ABŞ-ın əlində sübut olmadığını deyib: “Bağdadinin öldürülməsi ilə bağlı dəqiq heç bir məlumat və sübut yoxdur”.
Narışkin qeyd edib ki, Bağdadiyə məxsus olduğu iddia edilən cəsədlə bağlı da heç bir dəqiq məlumata sahib deyil: “ABŞ-ın Bağdadiyə aid olduğunu iddia etdiyi həmin cəsəddən alınan genetik materiallar səhih deyil.”
Gununsesi.org