OPEK-in baş katibi: “Azərbaycan neft hasil edən ölkələrin görüşündə iştirak edəcək”

  • By admin
  • 10 Oktyabr 2016 21:36

opek

 

“OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür.”
Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir ki,  bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo deyib.
O, suallara cavab verərkən bildirib: “Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik.”
Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə oktyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?” sualına cavab verən M.Barkində vurğulayıb: “Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək”.

 

Gununsesi.info