Operativ Qərargah məlumat yaydı - ÖLƏNLƏR VAR

  • By admin
  • 07 Avqust 2021 17:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib, aktiv xəstə sayı 10 007 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, ötən müddət ərzində isə ümumilikdə 4 107 190 test aparılıb.

Gununsesi.info