Öpüşmə səhnəsini görən sevgilisi salonu tərk etdi: "Kişiliyimə sığmır"

  • By admin
  • 13 Noyabr 2017 20:52


Baş rollarda aktyor Barış Arduç və aktrisa Elçin Sanqunun oynadığı “Mutluluq zamanı” romantik komediya filminin ötən gün İstanbulda qala gecəsi keçirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecəyə bu dəfə Elçinin sevgilisi Yunus Özdiken qatılıb.

Yunus Elçin və Barışın öpüşmə səhnələri zamanı salonu tərk edib. O yalnız həmin səhnələr bitdikdən sonra geri qayıdıb.

Çıxışda jurnalistlərin suallarını cavablandıran Özdiken salonu tərk etməsinə belə açıqlama gətirib:

“Elçinin işinə hörmət edirəm. Özünə də çox güvənirəm. Çox bacarıqlı biridir. Amma nə qədər ali təhsilli də olsaq, hansı şəraitdə də böyüsək, bu torpaqlarda bəlli bir baxış bucağımız var. Amerika və ya İsveçdə böyüməmişik. Bu cür səhnələri izləmək kişiliyimə sığmır. Bu nə Elçinin işinə əsəbimdən, nə də ona inamsızlığımdandır. Bu öz seçimimdir”.

 

Gununsesi.info