Oqtay Əsədov Çinə səfər edəcək

  • Müəllif: admin
  • 19 İyun 2018 12:46

Oqtay Əsədov Çinə səfər edəcək

Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə iyunun 19-dan 23-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.

Gununsesi.info Qafqazinfo” -ya istinadən xəbər verir ki, səfər zamanı Ümumçin Xalq Nümayəndələri Yığıncağının rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.