
Tanınmış iqtisadçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini OQTAY HAQVERDİYEV vəfat edib.
Biz, 1992-1993-cü illərdə Oqtay müəllimlə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində (sonradan İqtisadiyyat Nazirliyi) bir yerdə işləyəndə, onun nə qədər savadlı,iqtisadiyyatın həm nəzəri, həm də praktiki məsələrini nə qədər dərindən bilən bir mütəxəssis olduğunu görüb, daha çox təmasda olduğum azsaylı mütəxəssislrdən biri idi.
Görkəmli iqtisadçı,iqtisadi xarakterli proqramların işlənib hazırlanmasında fəal iştirakı ilə seçilən, iqtisadi hadisə və proseslərə obyektiv mövqe sərgiləyən əsl vətəndaş, ona verilən ömrü şərəflə, ləyaqətlə yaşayan insanlardan biri kimi Oqtay müəllim onu tanıyanların xatirəsində daim yaşayacaq.

Həmkarım,tanınmış iqtisadçı OQTAY HAQVERDİYEVİN vəfatından kədərləndiyimi bildirir,mərhumun ailəsinə, yaxınlarına,Haqverdiyevlərə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!
Əli MƏSİMLİ
Milli Məclisin deputatı, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin keçmiş sədri və sabiq iqtisadiyyat naziri,











