
Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 25-də dünyasın dəyişən Ziya Əsədovun yerinə yeni baş həkim təyin edib.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, O.Şirəliyevin əmri ilə 1981-ci il təvəllüdlü Fazil Alməmmədov Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasına baş həkim təyin edilib.
Fazil Alməmmədov unikal.org-a açıqlamasında bildirib ki, o, bundan əvvəl Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkimi olub.

Gununsesi.info












