Ordumuz tanklarla hərəkətə keçdi - FOTOLAR

  • By admin
  • 19 Aprel 2017 18:35

2017-04-19-18-14-0400d358f5e487d543c3193d578ac1c318

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.
Gununsesi.info Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, artilleriya,havahücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.
Qeyd olunub ki, təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.
Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.


Gununsesi.info