Ordumuzun zərbələri nəticəsində üç erməni hərbçi yaralanıb

  • By admin
  • 07 İyul 2017 17:54

ermeni-post

Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirməsi nəticəsində erməni hərbçilərin yaralandığını düşmən tərəfi təsdiqləyib. 

Gununsesi.info-nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, separatçı rejimin hərbi dairələrindən bildirilib ki, Azərbaycan Ordusunun zərbələri nəticəsində Robert Qasparyan (1969), Ambarsum Arutyunyan (1997) və Vahe Badalyan yaralanıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirdiyi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın təxribatın və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

“Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb”, – deyə məlumatda vurğulanır.

Gununsesi.info