Orta aylıq əməkhaqqı 525 manat olub - STATİSTİKA

  • By admin
  • 12 Dekabr 2017 11:10

2017-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 517 min nəfər olub.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Muzdla işləyənlərin  878,1 min nəfəri (58 faizi) iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Muzdla işləyənlərin;

təhsil- 21.8 faiz

ticarət; nəqliyyat vasitələrinin təmiri, 19.2 faiz

sənaye- 12.9 faiz

əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi- 8.6 faiz

dövlət idarəetməsi və müdafiə; sosial təminat 7.1 faiz

tikinti 6.6 faiz

peşə, elmi və texniki fəaliyyət 3.4 faiz

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 3.2 faiz

maliyyə və sığorta fəaliyyəti 1.6 faiz

10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub.  İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Vüsalə 

Gununsesi.info