Orxan Səfərov millimizin baş məşqçisi oldu

  • By Admin2
  • 02 Fevral 2026 13:17

Cüdo üzrə milli komandaların məşqçi heyəti gücləndirilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət yığma komandanın, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi vəzifəsinə təyin olunub.

Gununsesi.info