Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozan 35 əcnəbi aşkarlanıb

  • By admin
  • 14 Sentyabr 2017 09:54

naxcivan

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ötən ay muxtar respublikada olma və yaşama qaydalarına əməl etməyən və qanunvericiliyin tələblərini pozan 35 nəfər əcnəbi aşkarlanıb.

Xidmətdən Gununsesi.info-ya verilən məlumata görə, onlardan 29-u barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərketmə, 6-sı haqqında isə  inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə, avqust ayı ərzində muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan vətəndaşları tərəfindən 1324 müraciət daxil olub. Bu müraciətlərdən 105-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün işicazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 1219 müraciət qeydə alınaraq icrası təmin edilib. Həmin müraciətlərin 342-si xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.

Gununsesi.info