Ötən gün 44 yanğına çıxış olub, 6 nəfər xilas edilib  - FHN

  • By admin
  • 06 Sentyabr 2021 12:23

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 44 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə üç qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Gununsesi.info-a FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutkada üçü azyaşlı olmaqla altı nəfər xilas edilib.

FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Gununsesi.info