Səhiyyə Nazirliyinin vəzifəli şəxsi istefa verdi - FOTO

  • By admin
  • 06 Sentyabr 2021 12:18

Səhiyyə Nazirliyinin (SN) Aparat rəhbəri Nadir Zeynalov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Bu barədə Gununsesi.info-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.

Report-a danışan N.Zeynalov bildirib: “Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər. Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb.

Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Gununsesi.info