Ötən gün Azərbaycanda 121 cinayət faktı qeydə alınıb - 39 NƏFƏR SAXLANIB

  • Müəllif: admin
  • 27 Yanvar 2018 09:05

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışda olduğuna görə 58 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıb.

Gununsesi.info