Ötən gün Bakıda rekord isti qeydə alındı - FAKTİKİ HAVA

  • By admin
  • 10 Avqust 2017 11:12

gunesli_hava_0587

Avqustun 9-da müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb.

Bu da 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Gununsesi.info