Ötən həftə istefa verən rusiyalı mer intihar etdi

  • By admin
  • 24 Sentyabr 2019 20:19

Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərinin keçmiş meri Vladimir Fomin intihar edib.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, sinəsindən atəş açan eks-mer evində ağır yaralı halda tapılıb. O, reanimasiyaya yerləşdirilsə də, 58 yaşlı məmurun həyatını xilas etmək mümkün olmayıb. Fomini evdə yaralı halda həyat yoldaşı tapıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında Novokuybışevskə mer təyin edilən Fomin ötən həftə istefa verib. O, səhhəti ilə əlaqədar vəzifəsindən getdiyini bildirib. Belə ki, keçmiş merin ürək çatışmazlığı problemi olub.

Gununsesi.org