“Otman bozdağ” vulkanının püskürməsinə zəlzələlər təsir edib”

  • By admin
  • 09 Fevral 2017 12:03

qurban yetir

Zəlzələlərin palçıq vulkanları ilə genetik cəhətdən əlaqəsi var.

Gununsesi.info-nun məlumatına görə, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdikləri mətbuat konfransında deyib.

O bildirib ki, vulkanların püskürməsi elə belə olmur: “2014-cü ildə Qobustan rayonunda “Şıxzərli” vulkanın püskürməsindən 2 gün əvvəl bu vulkanın yanında zəlzələ baş vermişdi. Vulkanın oyanmasına ən çox təsir edən amil zəlzələlərdir”.

Q.Yetirmişli əlavə edib ki, fevralın 6-da Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində “Otman bozdağ” vulkanı püskürməmişdən əvvəl onun yaxınlığında 7-8 təkan qeydə alınıb. Mərkəz direktoru deyib ki, “Otman bozdağ” vulkanının dərinliyi 3 km idi və o, gün ərzində 2 dəfə püskürüb.

Bu vulkanın sonuncu dəfə 2004-cü ildə püskürdüyünü deyən Q.Yetirmişli deyib ki, ölkə ərazisindəki vulkanlarda gedən prosesləri izləmək üçün onlarla bağlı ayrıca monitorinq aparmaq, onlar ətrafında mobil stansiyalar qurmaq lazımdır.

Gununsesi.info