Özbəkistan Qırğızstanla münasibətləri normallaşdırmağa hazırdır

  • By admin
  • 15 Sentyabr 2016 15:56
ozbek
Özbəkistan  Qırğızstanla  bütün sahələrdə qarşılıqlı qonşuluq münasibətləri əsasında normallaşdırmağa hazırdır.
Gununsesi.info Qırğızstan prezdentinin rəsmi saytına istinadən xəbər verir ki, bu məsələ sentyabrın 15-də Qırğızstan prezdenti Almazbek Atambayevlə Özbəkistan Xarici işlər naziri Abdulaziz Kamilov arasında keçirilən görüş zamanı səsləndirilib.
Görüşdə tərəflər mövcud problemlərin aradan qaldırılması, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlı və  bu istiqamətdə konstruktiv dialoqa başlamağa hazır  olduqlarını bəyan ediblər.
Qeyd edək ki, Özbəkistanla Qırğızstan arasında əsas prbolemlərdən biri 1378 km-lik birgə sərhəd məsələsidir ki, bunun 370 km-i mübahisəli olaraq qalmaqdadır və bu məsələ həllini hələ də tapmayıb.
Digər əsas mübahisə predmeti isə Unqor-Tepedəki su anbarı ilə bağlıdır və bu mübahisə həllini tapmayıb.
Gununsesi.info