Özünü yandıran 60 yaşlı kişi xəstəxanada öldü

  • By admin
  • 26 Dekabr 2016 22:27

olum

 

Bakıda özünü yandıran kişi xəstəxanada ölüb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 11-də rayon sakini, 60 yaşlı Xudaverdi Musayev intihar məqsədi ilə özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən X. Musayev ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info